Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumu artırıldı

“Koronavirus (COVID-19) pandemiyasına qarşı alınan tədbirlər çərçivəsində xarici ticarətdə dəmir yolu ilə daşımalara tələb gündən-günə artır. Bu məqsədlə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tutumunu 3 500 ton artırmaq üçün Türkiyə-Gürcüstan sərhəddinin Türkiyə tərəfində yerləşən "Canbaz" stansiyasında konteyner ötürmə sistemi qurulub”.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu "Anadolu" Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə təhlükəsizliyin yüksək olması səbəbi ilə dəmiryol nəqliyyatı vasitəsi ilə yüklərin nəql edilməsinə tələbat artıb: “Xüsusi ilə Orta Asiya ilə xarici ticarət əlaqələrində BTQ-yə tələbdə artım müşahidə olunur”.
“Bakı-Tbilisi-Qarsa artan tələbi qarşılamaq üçün prezident Rəcəb Tayyib Ərdoğan gündəlik əlavə olaraq 3 500 ton yükün daşına bilməsi üçün göstəriş verib. Prezidentin bu göstərişini bu çətin dövrdə sürətlə yekunlaşdırdıq. "Canbaz" stansiyasındakı konteyner ötürmə sistemini işə saldıq.
Hazırda konteyner ötürmə sistemini istifadə edən ilk qatar Qazaxıstan və Azərbaycandan yüklənən 15 vaqon, 27 konteynerdə 1 200 ton mədən, kənd təsərrüfatı məhsulları və ferro silikon xammalını Mersin, Derince və Dənizliyə aparmaq üçün yola çıxıb”, - deyə A. Karaismailoğlu vurğulayıb.
Nazir qeyd edib ki, bu xətt vasitəsilə bu günə qədər 5 250 konteynerdə 240 min ton ixrac malı, 5 300 konteynerdə isə 280 min ton idxal malı və ya Avropaya tranzit yük daşınıb: "Bu da, BTQ-nin nə qədər əhəmiyyətli bir investisiya layihəsi olduğunu göstərir".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










