Bakı üzrə yüksək bal toplayan məzunlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin bir sıra məzunları buraxılış imtahanlarında yüksək nəticə göstəriblər.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, iyulun 23-ü və 24-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 70 nömrəli məktəb-liseyin məzunu Ağakərimova Aydan Şahbala qızı, 213 nömrəli məktəb-liseyin məzunu Qardaşəliyeva İlahə Şahgül qızı, 229 nömrəli tam orta məktəbin məzunu Rəfiyeva Nəzrin Bənamil qızı, 247 nömrəli tam orta məktəbin məzunu Mirzəyeva Günay Şaiq qızı, 271 nömrəli tam orta məktəbin məzunu Məhərrəmli Nərgiz Eldar qızı və 305 nömrəli tam orta məktəbin məzunu Lalayev Fərid Cəmil oğlu 297 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












