Bakı xüsusi karantin rejiminin ilk günündə - Ciddi polis nəzarəti var - FOTOLAR

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət olunması istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, yollarında qurulan polis postlarında ciddi yoxlamalar aparılır. Müvəqqəti postlarda yol polisi ilə yanaşı, Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sürücülər saxlanılır və müvafiq sənədləri yoxlanılır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilərək, məsuliyyətə cəlb olunurlar. Bundan başqa, postlardan keçən və içərisində sərnişinlər olan marşrut avtobusları da saxlanılaraq sərnişinlərin sənədləri yoxlanılır. Sərnişinlərin sırasında da xüsusi karantin rejim qaydalarını pozanlara rast gəlindikdə həmin sərnişinlər barəsində də qanunvericiliyə uyğun tədbirlər görülür. Polis əməkdaşları fərdi evlərdən və mənzillərdən çıxışa yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, eləcə də xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verildiyini də vətəndaşlara izah edirlər.
Xatırladaq ki, iyunun 21-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.
Emin
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Bəzi yollarda sıxlıq var - SİYAHI
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş
Elektrikləşdirilmiş dəmir yolları niyə yenidən ön plana çıxır? – EKSPERT
Sürücülük vəsiqəsi ilə bağlı inqilabi təklif – 25 yaşdan sonra…
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI - YENİLƏNİB











































