Bakıda “06” qaçıran şəxslər saxlanılıb - FOTO

Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkən ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinə şikayət edərək nəqliyyat vasitəsini oğurlayan şəxslərin saxlanılmasını xahiş edib.
Nərimanov Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırma zamanı müəyyən edilib ki, onların məqsədi avtomobili qaçırandan sonra sökərək hissələrə ayırıb satmaq olub. Qaçırılan nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.
Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elgün Heydərov və Məmmədbağır Qasımovinətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Nərimanov RPİ-nin 17-Polis Şöbəsinə müraciət edə bilərlər.
Namiq Musayev
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA















