Bakıda 1 505 obyektdə sanitar-epidemioloji tələblər pozulub - FOTO

İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib. Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, iyunun 3-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Tər Gül” ticarət mərkəzində, 4, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində, 14, Nərimanov rayonunda “Gənclik Mall”da, 2, Nəsimi rayonunda “28 Mall”da, 6 obyektdə, “SSİ retail" MMC-yə məxsus “New Yorker” mağazasında, Suraxanı rayonunda “Cənub Market”də və “Ekonom Market”də, Xəzər rayonunda "OBA Market”də, Mayis Ağayevə məxsus “Telefon aksesuarları” mağazasında, Elnur Quliyevin geyim mağazasında, Gəncə şəhərində Arif Əmirova, Elməddin Həsənova məxsus mağazalarda, “Sahil Dönər” ictimai iaşə obyektində, Mingəçevir şəhərində “Aptek Bəxtiyar”da, Abşeron rayonunda “Rahat Market”də və “Səma Market”də, Xətai Abbasova məxsus “Şərab evi”ndə, Cəlilabad rayonunda “Bizim İnşaat”, “Grand mebel” və Rəsul Məmmədova məxsus mağazalarda, Müşviq Murtuzova məxsus “Oboy evi”ndə, Ismayıllı rayonunda Elvin Mursaliyevə məxsus “Kafe”də, “Bolluq Market” və “Bol Market”də, Qəbələ rayonunda “Çay evi”ndə, “Oğuz dönər” və “Halal dönər”də, Zahid Ağayevə, Turan Əzizliyə, Orxan Soltanova, İldırım Mahmudova, Eynulla Əhmədzadəyə, Fikrət Qaffarova məxsus mağazalarda, Xaçmaz rayonunda "Sədərək", “Cehizlik aləmi” mağazalarında, "Məxməri çay evi”, "Lider dönər evi” ictimai iaşə obyektlərində və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 373 obyektin 156-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Qeyd edək ki, mayın 22-dən iyunun 3-dək 3 158 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 505 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
.







Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB












