Bakıda 1 milyonluq dələduzluq edən şəxsə narkotik aparan qardaşı saxlanıldı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Əhmədov Elşən Rəşid oğluna qardaşı, Bakı şəhər sakini Əhmədov Emin Rəşid oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan ət sousunun içərisində xüsusi üsulla gizlədilən 3 ədəd sellofan bükülüdə ümumi şəkisi 2,706 qram olan heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ittihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon manata yaxın maddi zərər vurmaqda ittiham edilib. Ə.Əhmədov daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












