Bakıda 26 yaşlı gənc ayağından bıçaqlandı
Gündəm
8 Avqust 2020 08:55
Oxunub 1206

Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Binəqədi rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Nəsirov Orxan Vaqif oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bud nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. ("Report")
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













