Bakıda 27-ci Polis Bölməsinin əməkdaşı cərimələdiyi şəxsi güclə poçta apardı

Vətəndaş polisdən şikayətçidir. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Rasim Aşurov danışıb. O bildirib ki, bu gün Bakının İzmir küçəsində diş həkimindən evə piyada qayıdan zaman onu və bacısı Dinarə Aşurovanı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis nəfəri Fərid Sultanlı saxlayıb: "Diş klinikasından çölə çıxan zaman polis əməkdaşı bizi saxladı. Hər ikimizdə rəsmi icazə sənədi var idi. Lakin bu gün şənbə olduğu üçün bacımın iş günü deyildi. Amma sistemdə icazə göstərilib. Dinarə Aşurova isə 8103-ə SMS göndərməmişdi. Polis əməkdaşı bildirdi ki, bacım cərimə olunacaq. Biz də razılaşdıq. Lakin polis əməkdaşı qeyd elədi ki, biz cəriməni indi ödəməliyik. Yəni poçtda gedərək cərimənin ödənilməsini tələb etdi. Mən yerindəcə ödənilmənin olmadığını ona desəm də, razılaşmadı, işin məhkəməyə gedəcəyini söylədi və protokol tərtib etdi. Sonra bizi öz avtomobilinə mindirərək yaxınlıqdakı poçta apardı. Biz məcbur olaraq poçtda 100 manat cəriməni ödədik. Hətta biz poçta daxil olanda orada çalışan xanım zarafatla polisə bildirdi ki, "bu qədər şəxsləri cərimələmək üçün haradan tapırsan?" Mən həmin xanımın danışığından belə başa düşdüm ki, bizdən əvvəl bir neçə şəxsi də cərimələyib və bu qayda ilə poçta aparır".
R.Aşurov söyləyib ki, hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" xidmətinə şikayət edib.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











