Bakıda 33 kq narkotik aşkarlanıb - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Əzizov Bakı şəhəri Xətai rayonu ərazisində saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Elməddin Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.
Araşdırma zamanı müəyyən olunub ki, Elməddin Əzizov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində qəbul edib və Çaxırlı kəndində yarımtikilidə gizlədib. Daha sonra Elməddin Əzizov narkotik vasitələri paytaxta gətirərək kirayə yaşadığı evdə saxlayıb. O, narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər şəxs saxlanılıb. Abşeron rayonunda həyata keçirilən tədbir zamanı paytaxt sakini Zeynal Zeynalov və Göyçay rayon sakini Vüqar Cəbrayılov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman Zeynal Zeynalovdan 3 kiloqram, Vüqar Cəbrayılovdan isə 309,150 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.
Bu şəxslər də ifadələrində narkotik vasitələri hələlik adı istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldıqlarını bildiriblər.
Beləliklə sonuncu əməliyyatlar nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 33 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO
Dubay aeroportları hər gün 600 milyon dollar itirir















