Bakıda 8 marşrutun istiqaməti DƏYİŞDİRİLDİ

Martın 16-dan paytaxtın Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.
Dəyişikliyə əsasən:
51 və 57 nömrəli marşrutlar:
- X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi;
M1,M2,M6,43 nömrəli marşrutlar:
- “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;
104 nömrəli müntəzəm marşrut - “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti – Vunqtau küçəsi - Ukrayna dairəsi – Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə;
11 nömrəli müntəzəm marşrut - Ukrayna dairəsi – Vunqtau küçəsi – Gəncə prospekti – Xudu Məmmədov küçəsi - İlqar Zülfüqarov küçəsi üzrə hərəkəti müəyyən edilib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












