Bakıda avtomobil ehtiyat hissələri mağazasından oğurluq olub - FOTO

Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin texniki vasitələri ilə qorunan obyektlərindən birindən oğurluq edilməsinin qarşısı alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumta görə, həmin ünvanda yerləşən xüsusi texniki vasitələrlə qorunan avtomobil ehtiyat hissələrinin satıldığı mağazadan Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Qeyd edilən ərazi üzrə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn 30 saniyə içində gələn idarənin polis əməkdaşları oradan bir nəfərin oğurluq etdiyinin şahidi olublar.
Polis əməkdaşlarını görən həmin şəxs ərazidən qaçmağa çalışsa da, mhafizə polislərinin çevikliyi sayəsində şübhəli şəxsi saxlamaq mümkün olub. Daha sonra həmin şəxs ərazi üzrə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman onun Yardımlı rayon sakini Hüseyn Dadaşzadə olduğu məlum olub. Saxlanılan şəxsin ətrafında araşdırma aparılan zaman onun paytaxt ərazisində daha bir neçə obyekdən oğurluq etdiyi məlum olub.
Hüseyn Dadaşzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlarla müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.
Namiq Musayev
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?













