Bakıda bəzi işbazlara qarşı reydlər keçirilir - FOTO

Koronavirus (COVID-19) pandemiyasınin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir. Lakin görülən işlərə, keçirilən tədbirlərə və geniş maarifləndirmə işlərinə baxmayaraq öz şəxsi mənafe və qazanclarını minlərlə insanın sağlamlığından üstün tutan bəzi işbazlar bu gün də antisanitar, insanların sağlamlığı üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar. Sağlamlığımız üçün təhlükəli olan belə halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, məsələnin ciddiliyi nəzərə alınaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib. Reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.
Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirildi. Həmin obyektlərin fəaliyyəti dayandırıldı, bəzi məntəqələrin yerləşdiyi tikililər söküldü, istifadə edilən dəmir asqı vasitələri kəsildi, ətraf ərazi dezinfeksiya edildi.
Bu reydlər mütəmadi olaraq paytaxtın bütün rayonlarında keçiriləcək.
Namiq Musayev

Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












