Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT

Bakıda nəqliyyat axınının daha səmərəli təşkili və pik saatlarda tıxacların azaldılması məqsədilə “yaşıl dalğa” sisteminin tətbiq dairəsinin genişləndirilməsi gündəmdədir. Sistem 7 prospekt və 11 küçədə tətbiq olunur.
Avtosfer.az xəbər verir ki, “yaşıl dalğa”nın daha geniş ərazilərdə tətbiqi ilə svetoforların hərəkət intensivliyinə uyğun sinxronlaşdırılması və nəqliyyat axınının optimallaşdırılması nəzərdə tutulur. Bəs bu sistem Bakıda tıxacların azalmasına real olaraq nə qədər təsir göstərə bilər və onun səmərəli işləməsi üçün hansı şərtlər təmin olunmalıdır?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda 7 prospekt və 11 küçədə “yaşıl dalğa” sisteminin tətbiqinə başlanılması şəhərin nəqliyyat yükünün azaldılması baxımından müsbət addımdır:

"Bu sistem düzgün qurulduğu halda xüsusilə pik saatlarda nəqliyyat vasitələrinin ardıcıl şəkildə hərəkət etməsinə, svetoforlarda gözləmə müddətinin və dayanma-sürətlənmə hallarının azalmasına imkan verə bilər. Lakin “yaşıl dalğa”nın tıxac problemini birdəfəlik həll edəcəyini düşünmək düzgün olmaz. Çünki Bakıda nəqliyyat sıxlığı yalnız svetoforların iş rejimi ilə deyil, avtomobillərin sayının artması, yol infrastrukturunun yüklənməsi, parklanma problemi və alternativ nəqliyyat imkanlarının yetərliliyi kimi bir sıra amillərlə bağlıdır. Sistemin səmərəli işləməsi üçün ilk növbədə nəqliyyat axınının real vaxt rejimində izlənilməsi və svetoforların həmin axına uyğun çevik şəkildə tənzimlənməsi təmin edilməlidir. Eyni zamanda prospekt və küçələr üzrə hərəkət sürəti, nəqliyyatın intensivliyi, kəsişmələrdə yaranan sıxlıq və piyadaların hərəkəti nəzərə alınmalıdır. Əgər bir istiqamətdə “yaşıl dalğa” yaradılır, lakin növbəti kəsişmədə ciddi sıxlıq yaranırsa, sistemin ümumi effektivliyi aşağı düşə bilər. Bu səbəbdən texnologiyanın tətbiqi ilə yanaşı, yol hərəkətinin kompleks idarə olunması vacibdir. “Yaşıl dalğa”nın digər əsas küçə və prospektlərə tətbiqi də mümkündür və hesab edirəm ki, nəticələr müsbət olduqca bu əhatə dairəsinin genişləndirilməsi məqsədəuyğundur. Bununla belə, hər küçə üçün eyni modeldən istifadə etmək düzgün deyil; yolun uzunluğu, kəsişmələrin sayı, nəqliyyat axınının istiqaməti və gün ərzində dəyişən intensivlik nəzərə alınaraq fərdi yanaşma tətbiq edilməlidir. Əsas məqsəd yalnız müəyyən küçələrdə hərəkəti sürətləndirmək deyil, şəhərin bütün nəqliyyat şəbəkəsində axının daha balanslı və fasiləsiz təşkilinə nail olmaq olmalıdır".
Fatimə
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"
Nəqliyyat gəlirlərinin artması Azərbaycana nə qazandıracaq? – İQTİSADÇI
Metroda nasazlıq yarananda sərnişinlərin təhlükəsizliyi necə qorunmalıdır? – AÇIQLAMA
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert
Ağalıda 5-ci Bilik Günü qeyd edilib - VİDEO
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO










