Bakıda binadan velosiped oğurlandı

Bakının Yasamal rayonunda velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, aprelin 10-da paytaxtın Yeni Yasamal, Əsəd Əhmədov küçəsində yerləşən binalardan birinin blokundan sakinlərdən birinə məxsus velosipedin oğurlanması ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə müraciət daxil olub.
Müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat axtarış tədbirləri həyata keçirilib.
Axtarış nəticəsində sözügedən ünvanda V.Burcəliyevə məxsus 200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, Xırdalan şəhər sakini 1993-cü il təvəllüdlü Q.Dadaşov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, sözügedən hadisə ilə bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












