Bakıda bu marşrut xəttinin istismarçısına xəbərdarlıq edildi

“119 nömrəli müntəzəm marşrut xəttində müşahidə edilən vəziyyət nəzarətə götürülüb”.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə sərnişin avtobuslarında sıxlıq müşahidə edilməməlidir:
“Müntəzəm olaraq vətəndaşlara maarifləndirici məlumatlar verilir. Videoçarxlar çəkilir. Lakin təəssüf ki, vətəndaşlar bu məsələyə yetəri qədər ciddi yanaşmırlar. Burada yalnız avtobus sürücüləri və ya sərnişindaşıma şirkətlərini deyil, sərnişinlərin də laqeyd davranışlarını vurğulamaq istərdim. Sərnişinlər özləri də oturacaq yerləri dolmuş avtobuslara minməkdən çəkinməlidirlər. Vətəndaşlardan zərurət olmadığı halda evdən çıxmamağa, Nazirlər Kabinetinin qərarı əsasında tərtib edilən müvafiq qaydalara riayət etməyə çağırıram.
Bu məsələ isə tərəfimizdən nəzarətə götürülüb. Müntəzəm xətt marşrutunun müvəqqəti istismarçısı “Xaliq Faiqoğlu” MMC-yə bu kimi halların təkrarlanmaması ilə bağlı bir daha xəbərdarlıq olunub”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












