Bakıda daha bir bina hər an uçma təhlükəsi ilə qorxu saçır - FOTO

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində daha bir bina qəzalı vəziyyətdədir.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, 8 Noyabr prospekti, 92 ünvanında yerləşən üçmərtəbəli bina qəzalı vəziyyətdədir və hər an uçma təhlükəsi var.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən bina qəzalı vəziyyətdədir və istismar müddəti bitib:
“Bildiyiniz kimi, ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəzalı binalarla bağlı komissiya yaradılıb. Rayon İH tərəfindən də istismar müddəti bitən binaların siyahısı çıxarılıb. O cümlədən bizim qurum da bu addımı atıb. 8 Noyabr prospekti, 92 ünvanında yerləşən üçmərtəbəli bina da qeydiyyata alınıb. Bu məsələlərə baxılır, tədbirlər görüləcək”.
Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 80 ünvanında yerləşən ikimərtəbəli binanın qəzalı olması barədə məlumat yaymışdıq. Daha sonra Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin köçürülməsinə başlanıldığı bildirilmişdi.
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!











