Bakıda daha bir binanın sonuncu mərtəbəsinə eyvan inşa edildi - FOTO

Bakı şəhərində binanın sonuncu mərtəbəsinə binaya eyvan inşa edilib.
Eyvan Nizami rayonunda yerləşən doqquzmərtəbəli binaların birində artırılıb.
Belə ki, tikinti qaydalarına zidd olaraq binanın sonuncu mərtəbəsinə əlavə eyvan artırılıb.
Artırılmış eyvanın şəkillərini sosial şəbəkə istifadəçisi Şirzad Səmədov paylaşıb.
Məsələ barədə Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, Babək prospekti, 95 ünvanında yerləşən bina 1985-ci il inşa edilib və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmayan yaşayış binasıdır:
“Belə ki, sözügedən bina “147” Mənzil Tikinti Kooperativinə məxsusdur və araşdırma zamanı fotoda göstərilən artırma işlərinin uzun illər öncədən aparıldığı müəyyən olunub. Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, Kooperativdə yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi üzvlərin ümumi yığıncağında seçilən kooperativin idarə heyəti və (və ya) onun sədri tərəfindən həyata keçirilir”.
Vətəndaşın öz rahatlığını ön plana çıxarmaqla atdığı bu addım binanın konstruksiyasına zərər vurur. Bu isə tək həmin şəxsin yox, orada yaşayan sakinlərin həyatı üçün real təhlükə yaradır.
Qeyd edək ki, bir müddət əvvəl də Səbail rayonunda yerləşən çoxmərtəbəli binaların mansardına eyvan artırılmışdı. Saytımızda həmin görüntülər işıqlandırıldıqdan sonra, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib.
Daha sonra Səbail Rayon İcra Hakimiyyəti (RİH) və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəlib və yekunda eyvan sökülüb. (oxu.az)
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












