Bakıda dəhşət: 2 yaşlı oğlunun boğazını kəsib öldürmək istədi

Avqustun 5-də saat 14 radələrində Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilmiş və fakta görə Səbail RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, 10.08.2020-ci il tarixdə iş üzrə əməl Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsinə tövsif edilməklə cinayət işi Səbail rayon prokurorluğu tərəfindən icraata qəbul edilib.
Rayon prokurorluğunun müstəntiqi tərəfindən Emil Kazıyevin barəsində “ittiham elan edilməsi üçün tutulması” haqqında qərar qəbul edilib, lakin sonuncunun xəstəxananın reanimasiya şöbəsində stasionar müalicə almasını nəzərə alaraq, hazırda təqsirləndirilən şəxs qismində cəlb olunması mümkün olmayıb.
Qeyd edilməlidir ki, hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən azyaşlı Ömər Şabanovun şəxsiyyət kimi formalaşmasına, habelə onun mənəvi ikişafına, fiziki və psixi sağlamlığına təsir edən amillər, ümumilikdə maddi-məişət şəraiti hərtərəfli yoxlanılır və araşdırmanın nəticəsindən asılı olaraq Ömər Şabanovun gələcək həyat şəraiti, qulluq və qayğı vəziyyəti ilə bağlı qanuni tədbirlərin görülməsi təmin ediləcəkdir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












