Bakıda ata iki yaşlı oğlunun boğazını kəsib şəklini çəkib anasına göndərdi - TƏFƏRRÜAT - VİDEO

Bakıda atanın iki yaşlı doğma oğlunun boğazını kəsməsinin təfərrüatı məlum olub.
Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki,, 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç həyat yoldaşı ilə ayrılıb.
Anası onların birgə nikahdan doğulan övladı, 2018-ci il təvəllüdlü Şabanov Öməri atasının görməsi üçün keçmiş ərinin yaşadığı Səbail rayonu, 20-ci sahə yaşayış massivi, Şahlar Allahverdiyev küçəsi 67 ünvanındakı mənzilə gətirib.
Bir müddət sonra geri qayıdarkən əri ona övladının boğazı kəsilmiş fotosunu göndərib.
Hadisəni törədən şəxs daha sonra bıçaqla öz boğazını kəsib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.
Ana polis əməkdaşlarının köməyilə təcili yardımla övladını K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD xəstəxanası) çatdırıb. Həkimlərin səyi ilə azyaşlının həyatını xilas etmək mümkün olub.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) Baş həkimi Səadət Ələsgərova Unikal.org-a açıqlamasında bildirib ki, Ömər Şabanovun vəziyyəti ağır olaraq qalır:
“Uşağın boyun hissəsində qanaxma olan böyük yara var idi. Qan bankına müraciət edərək, azyaşlıya qan köçürüldü. Cərrahlarımız uşağı əməliyyat etdilər. Boyun əzələlərinin, traxeyanın kəsik yarası ilə, cərrahi müdaxilə edildi. Hazırda uşaq reanimasiyada süni ventilyasiya aparatının dəstəyi ilə saxlanılır. Vəziyyəti ağır olaraq qalır”.
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı
Avtobus dayanacaqlarında hansı dəyişiklik edilməlidir? – TƏKLİF
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ












