Bakıda “Dəniz kuboku” müsabiqəsi başa çatıb - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsinin sentyabrın 4-də bağlanış mərasimi keçirilib.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edən general-leytenant Nizam Osmanov, Rusiyanın Müdafiə nazirinin birinci müavini, ordu generalı Ruslan Tsalikov və digər qonaqlar iştirak ediblər.
Tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayıb.
“Dəniz kuboku” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant N.Osmanov çıxış edərək müsabiqənin gedişatı və nəticələrindən danışıb.
Azərbaycan və “Dəniz kuboku” haqqında videoçarx nümayiş edildikdən sonra qalibiyyət kuboku və “Dəniz kuboku” müsabiqəsində iştirak edən komandaların dövlət bayraqları meydana gətirilib.
Qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.
Yarışda bərabər xal toplayaraq birinciliyi paylaşan Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib.
Ordu generalı R.Tsalikov çıxış edərək ölkəmizin “Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə yekun nitqi ilə çıxış edən general-leytenant K.Vəliyev müsabiqənin Xəzəryanı ölkələrin hərbi dənizçilərinin daha yaxından tanış olmaları, qarşılıqlı münasibətlər və əməkdaşlığın güclənməsi, hərbçilər arasında yoldaşlıq mühitinin yaranmasına xidmət etdiyini bildirib, tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb və “Dəniz kuboku” müsabiqəsini bağlı elan edib.













Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











