Bakıda əcnəbilərin öldüyü qəza ilə bağlı məhkəmə başlayır

Bakıda bir neçə əcnəbi vətəndaşın öldüyü qəza ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Qəniyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, cinayət işi üzrə Mehman Ağayev və Hamil Mirzəyev təqsirləndirilir. Hadisə ötən il iyunun 17-də Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində baş verib. 1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi “Toyota” markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi “Ford” markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində “Ford” markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində vəfat edib. Digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və “Toyota” markalı avtomobilin sərnişini Qızılgül İbrahimova xəsarət alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ











