Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib.
Bakı Nəqliyyat Ağentliyindən (BNA) "Report"a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur.
Avtobusların sayı, hərəkət intervalı və ümumi iş qrafiki də əldə olunan nəticələrə uyğun müəyyənləşdirilir.
“Son iki üç gün ərzində aparılan belə təhlillər nəticəsində sərnişin tələbatına uyğun olaraq ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib.
Dəyişikliyə əsasən iyulun 9-dan ekspres xətlər üzrə avtobuslar başlanğıc məntəqədən səhər saat 06:30-dan xidmətə başlayacaq. Yeni qrafikə uyğun olaraq ekspres xətlər üzrə avtobuslar axşam saat 21:00-dək işləyəcək.
Məqsəd səhər və axşam saatlarında sərnişin tələbatını qarşılamaq, gündəlik ekspres xətlərdən istifadə edən sərnişinlərin mənzil başına rahat və vaxtında çatdırılmasını təmin etməkdir”, - deyə xəbərdə bildirilir.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











