Bakıda həyətlərə əlavə tullantı konteynerləri qoyuldu - FOTO

Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən iyunun 14-dən iki gün ərzində Bakı şəhəri də daxil olmaqla, üç şəhər və beş rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.
Bununla bağlı Oxu.Az-a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinaları və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir. Eyni zamanda, məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir.
Keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq kommumal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulur. Bu da iki günlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaqdır.
Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.
Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş














