Bakıda hipermarketə silahlı basqının detalları: “Qabaqcadan hazırlanan...” - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib.
“Xəbərertəsi” verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib:
“Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil edilib. Qabaqcadan hazırlanan, bir neçə şəxs tərəfindən planlaşdırılan cinayət idi ki, o ünvana gedilib bu hadisə törədilsin.
Nəticədə oradan külli miqdarda vəsait talanmalı idi. Gəlin baxaq, o cinayətkarlar həmin informasiya-kommunikasiya vasitələrini də nəzərə almışdılar. Bilirdilər ki, harada kameralar var. Amma onların nəzərə almadıqları bir çox cəhətlər var idi ki, onlar ondan məlumatsız idilər. Əvvəl cinayəti törədənlərin şəxsiyyəti müəyyən edildi. Onlar hansı ünvana gedə bilər, həmin ünvanlar nəzarətə götürüldü”.
Xatırladaq ki, 3 gün əvvəl Xətai rayonunda yerləşən hipermarketlərdən birində silahlı basqın edilib. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçiriblər.
Şəxslərin yeri müəyyən ediləndə onlar polisə odlu silahdan atəş açmağa başlayıblar. Avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanılıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.
Ətraflı videoda:
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












