Bakıda ictimai nəqliyyata tələbat xeyli artıb - VİDEO

Aprelin 27-dən etibarən xüsusi karantin rejminin yumşaldılması marşrut avtobuslarına tələbatı artırıb. Təkcə dünən Bakıda ictimai nəqliyyat vasitələri ilə 740 mindən artıq sərnişin daşınıb. Bakı Nəqliyyat Agentliyi artan tələbatı nəzərə alaraq, daşıyıcı şirkətlərə avtobusların sayını artırmağı, intervalı isə azaltmağı tapşırıb. Bu arada, paytaxt ərazisində dayanma-durmaya görə yazılan cərimələr də bərpa ediləcək.
Dünəndən etibarən paytaxt ərazisində ictimai nəqliyyata tələbat xeyli artıb. Buna xüsusi karantin rejiminin yumşaldılması ilə bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətini bərpa etməsi səbəb olub. Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyir ki, təkcə dünən Bakıda avtobuslarla 740 mindən artıq sərnişin daşınıb. Artan tələbatı ödəmək üçün Agentlik xüsusi fəaliyyət planı hazırlayıb.
Artan tələbat marşrut avtobuslarının intervalına da təsir edib. Daşıyıcı şirkətlər tələbi nəzərə alaraq, yarana biləcək sıxlığın aradan qaldırılması üçün avtobuslar arasındakı intervalı azaldıb.
Xüsusi karantin rejimi tətbiq ediləndən sonra yaradılan ekspress avtobuslar da fəaliyyətlərini davam etdirir. Agentliyin tələbi ilə ekspress avtobusların da sayı dünəndən artırılıb.
Bu arada, Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində qanunsuz dayanma-durmaya görə cərimələnməni bərpa edir. Agentlik bu addımını paytaxtda nəqliyyat vasitələrinin sayının artması ilə əlaqələndirib.
Bununla da, dayanma-durma qaydalarını pozanlar mayın 1-dən etibarən 20 manat məbləğində cərimə ediləcəklər
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












