Bakıda iki nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Natiq Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Hövsan-Türkan yolunda qeydə alınıb. “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşub.
Nəticədə 1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerində, 2006-cı il təvəllüdlü Musayev Əli Laçın oğlu isə xəstəxanada ölüb.
Qəza nəticəsində 1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu, 1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı, 1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı, 1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı, 2014-cü il təvəllüdlü Leyla Xudaverdiyeva, 2011-ci il təvəllüdlü Hüseyn Fərzizadə, 2009-cu il təvəllüdlü Selcan Sultanova, 2011-ci il təvəllüdlü Zümrüd İsgəndərova, 2018-ci il təvəllüdlü Məhəmməd Salmanov və 2001-ci il təvəllüdlü Hidayət Bəhramov müxtəlif bədən xəsarətləri alıblar.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev












