Bakıda işıqforların işində problem yarandı - AÇIQLAMA
Gündəm
17 Avqust 2020 11:47

“Yağışlı hava ilə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə işıqforların işində fasilələr yaranıb”. Bu barədə oxu.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: “Rəşid Behbudov küçəsi, Seyid Əzim Şirvani küçəsi, Qara Qarayev prospekti və digər ərazilərin müəyyən hissəsində işıqforların işində problem yaranıb”.
“Sürücülərdən xahiş edirik ki, işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Tbilisi prospektində də işıqforların işində problem müşahidə olunur. Bundan başqa, hazırda Ziya Bünyadov prospektinin hər iki istiqamətində, Moskva prospektinin mərkəz istiqamətində, Heydər Əliyev prospektində kənar yolda, Babək prospekti - H.Əliyev prospekti istiqamətində, Binəqədi şosesinin mərkəz istiqamətində, Y.Səfərov küçəsi - Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti - “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Oxunub : 962
DİGƏR XƏBƏRLƏR
27 Sentyabr 2026 15:24
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
27 Sentyabr 2026 12:36
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
27 Sentyabr 2026 00:00
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
26 Sentyabr 2026 19:45
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
26 Sentyabr 2026 19:41
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
26 Sentyabr 2026 19:35
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
ŞƏRH YAZ











