Bakıda itləri dalaşdıranlarla bağlı məlumat yayan şəxsə atəş açdılar - YENİLƏNİB - VİDEO

Fərid Mansurov izahatı alındıqdan sonra evə buraxılıb.
Bu barədə Avtosfer.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, F.Mansurov zərərçəkmiş qismində polis bölməsinə dəvət olunub:
"Mövcud hadisə ilə bağlı onun izahatı alınıb. İlkin araşdırma zamanı, şəxsə sui-qəsd edilməsinə dair fakt öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir".
13:16
Ötən gün Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurova silahlı hücum olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə onun tanışı Emma Şahverdiyeva məlumat və videogörüntülər paylaşıb.
O bildirib ki, naməlum şəxslər avtomobildən Fərid Mansurova atəş açıb. Açılan atəş nəticəsində F.Mansurov xəsarət almasa da, güllə yanındakı itə dəyərək heyvanı öldürüb.
Qeyd olunur ki, F.Mansurov baş verən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verib.
“Məlumat əsasında əraziyə gələn polis əməkdaşları F.Mansurovu paytaxtın Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparıblar. O, hələ də bölmədə saxlanılır”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, F.Mansurov ötən həftə sosial şəbəkədə itlərə psixotrop maddələr verib dalaşdıran, ölən iti kəsib digərlərinə yedirən qruplaşma üzvləri ilə bağlı məlumat yaymışdı.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










