Bakıda koronavirus təhlükəsinə görə yollar yuyulub, binalar dezinfeksiya edilib - VİDEO

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Məqsəd koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaqdır. Bu səbəblə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi təxirəsalınmaz işlər görülür.
Elə buna görə də paytaxt ərazisində qurum tərəfindən xüsusi ayrılmış kommunal texnikalar gündəlik olaraq dezinfeksiya proseslərini həyata keçirir.
Bu gün həmin proses paytaxtın Səbail rayonu Neftçilər prospekti adlanan ərazisində başladı və texnikalar vasitəsilə yollar yuyuldu.
Görülən iş daha sonra Nəsimi rayonu Azərbaycan prospekti ərazisində davam etdirildi. Paytaxt yolları yuyulduqdan sonra Füzuli 53 küçəsində yaşayış binalarının həyətləri, giriş blokları, lift kabinləri, pilləkən marşları dezinfeksiya edildi.
Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək aparılır.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












