Bakıda küçə və prospektlərə 4 mindən çox nişan quraşdırılıb

Bakı şəhərində müasir standartlara cavab verən yol infrastrukturunun qurulması prosesi davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu ilin əvvəlindən piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işlər görülüb. Bu barədə Avtosfer.az-a AYNA-dan məlumat verilib.
Bildirilib ki, ilin ilk 4 ayı ərzində 399 küçə və prospektdə 4172 yol nişanı quraşdırılıb. Müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlanıb:
"Bu nişanlar həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Korroziyaya dayanıqlı olan nişanlar maksimum işıqqaytarıcıdır və aydın görüntünü təmin edir. Görülən işlər çərçivəsində 269 küçədə müxtəlif xətlənmə işləri icra edilib. Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə 178 küçə və prospektdə 377 piyada keçidi bərpa olunub və ya yenisi təşkil edilib. Xətlənmə işlərində yeni texnologiyalardan istifadə olunub. 90 küçə və prospektdə 212 yerdə piyada keçidi ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub. 111 küçə və prospektdə 165 yerdə piyada keçidində yol nişanlama texnologiyasında çoxfunksiyalı və keyfiyyətli boyalara üstünlük verilib. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi daha da artırılıb".
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












