Bakıda hipermarketdə silahlı insident, ölən və yaralanan var - VİDEO - YENİLƏNİB

Silahlı atışma zamanı inkasatorun sürücüsü silahla öldürülüb, maşında olan pul isə götürülüb. İki nəfər isə xəsarət alıb. Hadisəni törədənlərdən bir nəfər saxlanılıb.
***
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.
APA-nın xəbərinə görə, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.
Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ çiynindən güllələnib.
DİN-in mətbuat xidmətindən isə Avtosfer.az-a bildirilib ki, ölən şəxs polis əməkdaşı deyil.
***
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
***
Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketlərdən birində silahlı qarşıdruma ilə bağlı məlumat yaydı.
DİN-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Əlavə məlumat veriləcəkdir.
***
Bakıda marketlərin birində silahlı atışma olub.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
İlkin məlumata görə, hücum inkasator maşınına edilib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA











