Bakıda marketlərdə reyd keçirilib, cərimələnənlər var - FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozan marketlər aşkarlanıb. Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Polis İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İ.Həşimov küçəsində “Araz”, Mircəlal küçəsində “Bolmart” və “Bazar store” marketlərinin sahibləri və işçiləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə, 7 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibləri 200 manat, digərləri 100 manat cərimə olunublar.










Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











