Bakıda metro bağlana bilərmi? – Şərh

Böyük Britaniyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ictimai nəqliyyatda da məhdudiyyətlər tətbiq olunub. Londanda 40 metrostansiya bağlanıb, digər metrostansiyalara isə giriş məhdudiyyəti tətbiq edilib. Həmçinin ictimai nəqliyyatın digər növlərində də nəzarət sərtləşdirilib.
Koronavirusa qarşı ciddi mübarizə tədbirləri ilə seçilən Azərbaycan paytaxtında da metropolitenə giriş məhdudlaşdırıla bilərmi?
Avtosfer.az-ın məlumatına görə bu barədə ehtimalı Axar.az-a şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, metroya girişin tam dayandırılması çətin prosesdir:
“Əhalimiz kütləvi yerlərə getməkdən artıq imtina edir və ictimai nəqliyyatın yükü onsuz da azalıb. Metroya girən vətəndaşlarımızın təhlükəsizlik qaydalarına riayət etdiyini də müşahidə etmək mümkündür. Ancaq Bakıda metro stansiyalarının bağlanması olduqca çətin vəziyyət yaradar. Metro bağlanarsa, şəhər nəqliyyatının yükü həddən artıq arta bilər”.
Ekspert bildirib ki, şəhərdə ictimai nəqliyyat metro olmadan sərnişin yükünü daşımaq imkanında deyil:
“Bu, əlavə problemlər yarada, taksi xidmətlərinin qiymətini artıra bilər. Ancaq metroya girişlə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi mümkündür.
Metroda yüksək gücləndirilmiş sistem ilə işləmək, sərnişin sıxlığına imkan verməmək daha məqbul görünür. Həmçinin vətəndaşlarımız arasında da təbliğatı gücləndirmək olar ki, Operativ Qərargahın tövsiyələrinə uyğun hərəkət etsinlər, işə getmək və işdən gəlmək üçün məcburi qaydada evdən çıxarlarsa, öz sağlamlıqları üçün təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












