Bakıda "moykada" maşından 15 min manat oğurlandı - Tanınmış müğənnidən ŞOK AÇIQLAMA - VİDEO

Müğənni Zenfira İbrahimova həyat yoldaşı Anar Heydərovun avtomobilindən külli miqdarda pul oğurlanması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O bildirir ki, oğurluq avtoyuma məntəqəsində baş verib: “Paytaxtın Təbriz küçəsində yerləşən avtoyuma məntəqəsində çalışan şəxs yoldaşımın maşınında 15 min manat pul oğurlayaraq qaçıb. Anar həmin şəxsi tapmasına baxmayaraq, o görüşə gəlməkdən boyun qaçırır. Anarın telefon nömrəsinə mesaj yazaraq “məni polisə verməyin, pulunuzu qaytaracam” deyib. Onun belə deməsinə baxmayaraq, biz bu barədə 18-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Polis əməkdaşları cinayəti törədən şəxsin axtarışı üçün var gücləri ilə çalışırlar. Amma təəssüf ki, cinayətkar hələ də tapılmayıb” - deyə müğənni bildirib.
Zenfira İbarahimova Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan cinayətkarın tez bir zamanda tapılıb məsuliyyətə cəlb edilməsini və oğurlanmış pulların geri qaytarılmasını xahiş edir.
Könül
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!












