Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi

Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.
Bu barədə Ali Məktəbdən məlumat verilib.
Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını xilas edə bilib.
Köməyə 3 nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun cansız bədənini sahilə çıxarıblar.
Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında Texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan Milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb.
1992-ci ildə Qarabağ uğrunda Vətən müharibəsinə könüllü olaraq qoşularaq, 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşan Pyotr Kuvşinov ağır yaralanaraq ordudan tərxis olunub. O, bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. İki il əvvəl xərçəng diaqnozu qoyulan Pyotr Kuvşinov 12 kimyaterapiya müalicəsi aldıqdan sonra 63 yaşında xəstəliyə qalib gələ bilib. O, 2 illik reabilitasiyadan sonra ilk dəfə istirahət etmək üçün çimərliyə üz tutub və özünü təhlükəyə atmasına baxmayaraq, insanların həyatını xilas etməyə nail olub. (Report)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












