Bakıda narkotik becərən şəxs saxlanılıb - FOTO

aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Xəzər rayonu Şüvəlan qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən qəsəbə sakini Baloğlan Babayev saxlanılıb.
Avtosfer.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ona məxsus evin həyətinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 64 kiloqram 269 qram olan 117 ədəd çətənə kolu, 81,781 qram qurudulmuş marixuana və 45 qram çətənə bitkisinin toxumu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, Baloğlan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA















