Bakıda nümunəvi ictimai çimərlik istifadəyə verilib

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Şıx ərazisində yaradılmış nümunəvi ictimai çimərlik vətəndaşların istifadəsinə verilib. Təxminən 5 hektar sahəsi olan nəhəng ödənişsiz çimərliyin açılışı Bakıda çimərlik mövsümünün açılışına təsadüf edib.
Ötən il yaradılmış bu ictimai çimərlikdə daha geniş abadlıq işləri aparılıb, Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi yaradılıb, sərinləşdirici içkilər və müxtəlif qida məhsulları təklif edən köşklər, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları, avtomobil dayanacağı yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib. Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və şezlonqlar, ərazi boyunca zibil konteynerləri yerləşdirilib.
Çimərlikdə karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktiki tədbirlər həyata keçirilib, insanların lazımi məsafə saxlaması üçün ərazi boyu baryerlər çəkilib, dezinfeksiya dispenserləri qoyulub, karantin və təhlükəsizlik qaydalarına, eləcə də təmizliyə riayət olunması ilə bağlı xəbərdarlıq edən maarifləndirici lövhələr quraşdırılıb.
Yenilənmiş ictimai çimərliyin açılışı zamanı xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfər IDEA könüllüsünün iştirakı ilə kiçik təmizlik aksiyası keçirilib və ərazi tullantılardan təmizlənib.
Qeyd olunmalıdır ki, IDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə tamamilə ödənişsizdir. Sözügedən çimərliklərin yaradılmasının məqsədi baxımsız sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və abadlaşdırılması, insanların rahat istirahət etməsi üçün lazımi şəraitin yaradılması, ictimai sağlamlıq və gigiyenanın yaxşılaşdırılması, eləcə də ekoloji və sosial məsuliyyətin təşviq edilməsindən ibarətdir.
IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə Azərbaycan və regionun su bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirir, Xəzər sahillərində, Kür və digər çaylarda mütəmadi kütləvi təmizlik aksiyaları təşkil edir.
IDEA İctimai Birliyi hər kəsi karantin rejiminin tələblərinə ciddi riayət etməyə, sanitariya normaları və gigiyena qaydalarına əməl etməyə, təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə və özlərindən sonra tullantı qalmadığına əmin olmağa çağırır. ("Report")
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR








