Bakıda odun sobası partladı: bir ailənin 4 üzvü yandı, 1 yaşlı uşaq öldü
Gündəm
21 Fevral 2019 09:53

Faktla bağlı araşdırma aparılır
Bakıda evdə odun sobası partlayıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında baş verib. Həmin ərazidə yaşayan, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızı yaşadığı evdə odun sobasını yandırarkən sobaya çoxlu miqdarda həlledici kimyəvi məhlul töküb. Nəticədə odun sobası partlayıb. N.Əliyeva, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlu, övladları, 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızı və 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. M.Əliyev xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1572
DİGƏR XƏBƏRLƏR
10 Sentyabr 2026 22:21
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
10 Sentyabr 2026 19:30
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
10 Sentyabr 2026 17:30
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
10 Sentyabr 2026 16:30
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
10 Sentyabr 2026 15:00
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
10 Sentyabr 2026 14:00
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
10 Sentyabr 2026 10:30
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
10 Sentyabr 2026 08:48
Bu yollarda tıxac var - SİYAHI - FOTO
9 Sentyabr 2026 21:30
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
9 Sentyabr 2026 18:08
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
9 Sentyabr 2026 17:00
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
9 Sentyabr 2026 16:18
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
ŞƏRH YAZ










