Bakıda oğurluq edən şəxslər saxlanıldı; üzərlərindən “Makarov” tipli tapança aşkarlandı - FOTO

Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən evlərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, naməlum şəxslər evə daxil olaraq oradan müxtəlif firmalara məxsus qızıl-zinət, geyim əşyaları, o cümlədən iki ədəd müvafiq sənədləri olan ov tüfəngi oğurlayıblar. Hadisə zamanı zərərçəkən ev sahiblərinə ümumilikdə 9 000 manata yaxın maddi ziyan dəyib.
Nəsimi Rayon Polis İdarəsi (RPİ) və 20-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Əli Allahverdiyev və Etibar Cabbarov saxlanılıb.
Hadisə günü saxlanılan şəxslər oğurluğa Etibar Cabbarova məxsus “KIA” markalı avtomobillə gediblər. Onlardan mənzildən oğurlanan əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.
Nəsimi RPİ Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Belə ki, İdarəyə Eltun adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, İmişli rayon sakini Eltun Məmmədov Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev






Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












