Bakıda ölən atasından qalan tapançanı saxlayan şəxs tutuldu - FOTO

Dünyasını dəyişən atasından qalan odlu silahı polisə təhvil verməyərək özündə saxlayan şəxs saxlanılıb. Avtosfer.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini, əvvələr məhkum olunmuş Cavid Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1,192 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Polis Şöbəsində ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C.Əliyevin yaşadığı ünvanda odlu silah-sursat gizlətməsi də müəyyən edilib. Hal şahidlərinin iştirakı ilə onun Zabrat qəsəbəsində yerləşən mənzilinə baxış zaman 1 ədəd “Naqan” sistemli revalver tapança və həmin silaha aid 4 ədəd patron aşkar olunaraq götürülüb. C.Əliyev ifadəsində həmin silah-sursatın ona 2010-cu ildə dünyasını dəyişən atasından qaldığını və saxlanılan günə qədər polisə təhvil verməyərək qanunsuz olaraq gizlətdiyini bildirib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ















