Bakıda ölümə səbəb olan sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi Eynulla Həmzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Əkrəm Qəhrəmanovun icraatında olan iş üzrə hazırlıq yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il dekabrın 9-da paytaxtın Xəzər rayonu, Mərdəkan-Buzovna şossesində qeydə alınıb.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eynulla Həmzəyevin idarə etdiyi “Qaz-3110” markalı avtomobillə piyada keçidi olmayan yerdən yolu keçən Astara rayon sakini, 1966-cı il təvəllüdlü Əşrəf Tağıyevi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
E.Həmzəyevə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












