Bakıda ölümə səbəb olan sürücünün istintaqı başa çatıb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əşrəf Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az xəbər verir ki, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Hakim İslam Həsənovun icraatında olan iş üzrə hazırlıq icası iyunun 21-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 26-da paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Saat 05:40-da Fərəcov Əşrəf Qasım oğlu idarə etdiyi 90 BT 190 dövlət qeydiyyat nömrəli “Hyundayi Sonata” ilə “Meyvəli” Ticarət Mərkəzindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən 1993-cü il təvəllüdlü Əlizadə Canəli Yaşar oğlunu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Qaradağ Rayon Polis İdarəsini İstintaq Şöbəsində başlanan cinayət işi üzrə Ə.Fərəcova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












