Bakıda Orduya dəstək yürüşündə təxribat törətməyə çalışan AXCP üzvləri - ADLAR + VİDEO

İyulun 14-dən 15-nə keçən gecə Bakıda ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verən daha bir qrup şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aparılan istintaq prosesi xalqın vətənpərvərlik hisslərilə oynamaqla parlamentə hücum edərək xaos yaratmaq istəyən şəxslərin AXCP üzvləri və radikal dindarlar olduğunu təsdiqləyir.
Fakt üzrə başlayan əməliyyat-axtarış və əməliyyat istintaq nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilib. Saxanılanlar şübhəli şəxs qismində istintaqa cəlb edilib və barələrində cinayət işi başlanaraq məhkəmənin müvafiq maddələri ilə həbs olunublar.
Parlament qarşısında xaosa çalışan şəxslərin bəzilərinin kimliyinə və hansı dairəni təmsil etdiklərinə də aydınlıq gətirilib. Saxlanılan şəxslər arasında AXCP Rəyasət Heyətinin üzvləri Asif Yusifli, Bəxtiyar İmanov, ACXP üzvləri İsmayıl Həsənov, Ramid Nağıyev, Şəmsi Rəhimli, Məhəbbət Nağıyev və Ayaz Məhərrəmov da var. Bu şəxslər həmin vaxt zorakılıq hərəkətlərinə yol verdikləri üçün həbs olunublar. Həmçinin saxlanılanlardan radikal dindar, "Müsəlman Birliyi" adlı hərəkatının tərəfdarları Elçin Məmmədov, Kamil Mahmudov, Emin Hüseynzadə və Tural Vəliyev dini və dövlət əleyhinə çağırışlar etdiyi üçün həbs olunublar. AXCP bu dəfə aksiyaya koronavirus xəstəsi olan üzvlərini də göndərib. Partiya üzvləri olan Məhəmməd İmanlı, Vüqar Vəliyev, Nicat Əlizadə, Nicat İbrahim və Mirmehdi İbrahimov aktiv koronavirus xəstəsi kimi qeydiyyatdadırlar.
Parlament qarşısında təxribat törətmək istəyənlərin sırf Milli Şuranın sifarişlərini yerinə yetirən qaraguruhçular olduğu aşkarlanıb. Müəyyən edilib ki, bu şəxslər sonradan kütləyə qoşularaq əhalinin vətənpərvərlik hissi ilə oynamaq, qarşıdurma yaratmaqla bağlı planlar quran antimilli şəbəkənin əlaltılarıdır. (Trend)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev











