Bakıda parklanma qiymətləri yaxın günlərdə açıqlanacaq - RƏSMİ

“Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib”.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.
V.Kərimli bildirib ki, bu qiymətlərin kifayət qədər yüksək olduğu Bakıda 763 sot ərazi deməkdir:
“Bu, çox ciddi iqtisadi göstərici hesab olunur. Ona görə də Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar olaraq Agentlik yeni məsləhətçi şirkət cəlb edib.
Nəticədə 2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək”.
BNA rəsmisi onu da əlavə edib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə açıqlanacaq:
“Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzilə, yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır. Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu dataların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir”.
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










