Bakıda partlayan su xətti bərpa edilib - YENİLƏNİB - VİDEO

“Bakının Xətai rayonu, Zeytun küçəsində partlamış köhnə su xəttində bərpa işləri aparılıb”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Avtosfer.az-a açıqlamasında bildirib ki, qurumun Xətai Rayon Su Kanal İdarəsinin qəza briqadası əraziyə yollanıb:
“Ötən gün ərazidə aparılan işlərlə axıntının qarşısı alınıb. Qəzalı boruya xamıt bağlanıb, təkrar hər hansı axıntının olma ehtimalı aradan qaldırılıb”.
02:10
Bakının Xətai rayonu, Zeytun küçəsində içməli su xətti partlayıb.
Xezerxeber.az-ın məlumatına görə, bu ünvanda yaşayan sakinlər iddia edirlər ki, bir aya yaxındır, içməli su küçəyə axır, israfçılığa yol verilir.
Küçəyə axan su Zeytun küçəsinin sakinlərinə də böyük problem yaradır. Belə ki, suyun küçəyə axması nəticəsində ətrafdakı mənzillərə normal təzyiqlə su gəlmir. Bununla yanaşı, içməli suyun küçəyə axması nəticəsində torpaq yolda gölməçələr, palçıq əmələ gəlir. Bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi yoxdur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, həmin əraziyə briqada göndərilib və problem tezliklə həll olunacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












