Bakıda pik saatlarda niyə tıxac yaranır? - BNA-dan AÇIQLAMA - FOTO

"Yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi artdığından artıq axşam pik saatlarında müxtəlif istiqamətlərdə sıxlıqlar müşahidə olunur. Yollardakı sıxlıq müntəzəm və ekspres xətlər üzrə avtobuslarının intervalına da mənfi təsir etməkdədir."
Bu barədə Avtosfer.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə müntəzəm və ekspres xətt üzrə avtobusların intervalı pozulur. Avtobuslar dayanacaqlara gecikmə ilə çatıblar. Bu isə dayanacaq məntəqələrində və avtobuslarda sıxlığın yaranmasına səbəb olub. Mais Ağayev bildirib ki, "bir marşrut xəttinin intervalının pozulmasının mənfi fəsadları domino effekti ilə digər xətlərə də mənfi təsir edir. Mövcud pandemiya vəziyyətində bu hal sərnişindaşımalarda əlavə çətinliklər yaradır. Hərəkət intensivliyinin artması yol nəqliyyat hadisələrinin sayına da təsir edib. Belə ki, bu gün saat 9-dan saat 16-dək olan müddətə təkcə Z. Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza da baş verən andan sonra ən az 30-40 dəqiqəlik sıxlıq müşahidə olunub. Hərəkət intensivliyinin artıdığı indiki sıxlıq ən azı 2 km məsafəyədək təsir edir. Xüsusən pandemiya şəraitində bu kimi çətinliklərlə rastlamamaq üçün xüsusi hərəkət zolaqlarının təşkilinin vacibliyini bir daha vurğulamaq istərdik. Eyni zamanda sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq. Həmçinin xahiş edirik ki, hərəkətdə olan zaman müntəzəm və ekspres xətt avtobuslarına qarşı anlayışlı olsunlar."







Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












