Bakıda piyada keçidinin lifti işləmir - VİDEO

Bakının Suraxanı rayonu, Zığ şosesindəki piyada keçidinin lifti işləmir. Mövcud vəziyyət daha çox yaşlılara, əlilliyi olan şəxslərə və uşaq arabası olanlara problem yaradır.
Çünki belə olan halda bəzi piyadalar maşın yoluna çıxaraq digər tərəfə keçmək məcburiyyətində qalırlar ki, bu da olduqca təhlükəlidir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən piyada keçidinin tikintisini həyata keçirən şirkət işi tam təhvil verməyib. Bu səbəbdən ərazidəki piyada keçidi istifadə üçün tam hazır deyil. Keçidin üst hissəsinin yanları isə layihədə belə nəzərdə tutulduğu üçün açıqdır. Piyada keçidindəki liftlərin işləməməsinə gəlincə, Agentlikdən problemin yaxın günlərdə həll olunacağı bildirildi.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












