Bakıda piyadanı öldürən sürücüyə bəraət verilib

Binəqədi rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rüfət Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, R.Kazımovun əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb.
Hökmlə razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Bakı Apelyasiya Məhkəməsində hakim Mizəli Abbasovun sədrliyi keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib və Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, hadisə ötən il paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Şəhər sakini Rüfət Kazımovun idarə etdiyi “Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən piyada Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












