Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirdi - VİDEO

Bakıda polis övladının qidasını xəstə uşaq üçün gətirib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. İyunun 7-də vətəndaş Daxili İşlər Nazirliyinin 102 Qaynar xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib. 102 xidməti dərhal məsələyə reaksiya verib və müraciət Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olub.
Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib. Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.
Fidan
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










