Bakıda polis poçt şirkətinin avtomobillərini saxladı

Bakıda yol polisi əməkdaşları paytaxtda poçt xidməti kimi fəaliyyət göstərən "FedEx" və UPS şirkətlərinə məxsus avtomobilləri saxlayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a birləşmiş “FedEx – TNT” şirkətinin maraqlarını Azərbaycanda təmsil edən “Azeriexpress” şirkətinin direktoru Şaiq Qəribzadə deyib.
O bildirib ki, bu gün "FedEx" və UPS şirkətlərinə məxsus avtomobillər iş başında olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb:
"Polis əməkdaşları sürücülərə xəbərdarlıq edərək bildirib ki, sabah yenidən avtomobili idarə etsələr, saxlanılaraq cərimələnəcəklər. Əməkdaşlar da polislərə poçt şirkətində çalışdıqlarını, ərzaq, dərman çatdırdıqlarını söyləyiblər. Polislər isə onlara cərimələnəcəklərini, daha sonra isə 30 sutkalıq həbs ediləcəklərini bildiriblər.

Mən bu barədə Baş Nazir Əli Əsədova da məktub yazıb hazırlamışam. Məktubumda qeyd etmişəm ki, əgər ölkədə fövqəladə vəziyyət olunarsa, siz həmin qərarda fəaliyyət göstərəcək qurumların içərisində poçt şirkətlərini də nəzərə alasınız. Çünki qərarda nəqliyyat vasitələri qeyd edilib. Polis isə deyir ki, "siz nəqliyyat vasitəsi deyilsiz, poçt xidməti kimi fəaliyyət göstərirsiz". Qərarda poçt sözünün yazılmasını xahiş edirəm".
Avtosfer.az-ın Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Report"a bildirib ki, poçt şirkətinə məxsus avtomobillərin sərbəst hərəkətinə icazə verilir:
"Onlar operativ nəqliyyat vasitəsi hesab olunur. Heç bir polis əməkdaşı həmin nəqliyyat vasitəsini saxlaya bilməz".
"Ölkədə fövqəladə vəziyyət elan olunarsa, poçt avtomobillərinin hərəkətləri məhdudlaşdırılarmı" sualına K.Əliyev belə cavab verib:
"Fövqəladə vəziyyət olan zaman konkret elan edilir ki, kimlərin hərəkət eləmək ixtiyarı var, onlara da xüsusi buraxılışlar verilir. Bununla bağlı uyğun qaydalar qəbul olunur. Bunu indidən demək olmaz. Hazırda tələb edilən qərar hansıdırsa, onu da icra etmək lazımdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu hüdudlarında bütün nəqliyyat vasitələrinin hərəkətləri sərbəstdir. Ona görə də heç kəs heç nə deyə bilməz. Lakin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan kənara çıxmağa icazə verilmir. Qərarda qeyd edilib ki, istisna nəqliyyat vasitələri həmin hüdudlardan kənara çıxa bilər. Həmçinin də poçt avtomobilləri".
İyuldan sentyabra qədər... çox isti olacaq – XƏBƏRDARLIQ
Bu yol 2 gün bağlı olacaq - Sürücülərin diqqətinə!
Yollarda vəziyyət pisləşəcək - XƏBƏRDARLIQ
Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı - Kartdan xəbərsiz pul silinir
Bakıya 7 aya yağan yağış iki gündə yağdı - ADSEA sədri - VİDEO
Bu şəxslər quru sərhədlərdən keçərək xaricə gedə bilərlər
İlham baba mənə “Kamaz” göndərdi - VİDEO
Çökən kollektorun qəzalı hissəsi dəyişdirilir - FOTO - VİDEO
Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ - VİDEO
WUF13 ilə əlaqədar sərnişinlərə MÜRACİƏT
Bakının 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI










